Futbolçu qəza törətdi, nişanlısı öldü - FOTO
27.09.2010 - 16:06
Futbolçu qəza törətdi, nişanlısı öldü - FOTO
Yığmamızın sabiq futbolçuları İlqar Qurbanov və Ernani Pereyranın çıxış etdikləri “Mersin İdman Yurdu”nun başı üzərini “qara buludlar” alıb. Apasport.az saytının məlumatına görə, bir gün öncə Bank Asiya I Liqasında “Karşıyaka” ilə oyunda 2 xal itirən klub indi də futbolçuları Mustafa Aydının avtomobil qəzasına düşməsinin şokunu yaşayır. Qəzada futbolçu ciddi yaralanıb, yanında olan nişanlısı isə dünyasını dəyişib.

Bədbəxt hadisəyə güclü yağış səbəb olub. Belə ki, İstanbula getmək istəyən cütlük gözlənilmədən leysana düşüb və Aydın yolu yaxşı görmədiyindən idarə etdiyi avtomobili ağaca çırpıb.