Denis Silva “Neftçi” azarkeşlərindən üzr istədi
27.09.2010 - 17:13
“Alınan nəticədən məyus olduq. Mənim kobud səhvim nəticəsində rəqib qol vurdu”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Denis Silva deyib.
Paytaxt təmsilçisi Unibank Premyer Liqasının VII turu çərçivəsində səfərdə prinsipial rəqibi “Xəzər Lənkəran”a məğlub oldu. Buraxılan qolda özünü günahlandıran braziliyalı müdafiəçi klubun saytına açıqlamasında komanda yoldaşları və azarkeşlərdən üzr istəyib: “Həmin anda cəld hərəkət eləmək istədim, amma yubandım və nəticədə qapımızda qol gördük. Buna görə komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm. Lakin bu son deyil, qarşıda bizi çətin və maraqlı oyunlar gözləyir. Çalışacağıq ki, bundan sonrakı görüşlərdə qələbələri sıralayıb liderliyə qayıdaq”.
Qeyd edək ki, “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlində 1-ci pilləyə qalxıb.

0
0