“Neftçi” klubu AFFA və PFL-ə məktub ünvanladı
27.09.2010 - 17:59
“Neftçi” klubu AFFA və PFL-ə məktub ünvanladı
Bakının “Neftçi” klubu AFFA və PFL-ə rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Unibank Premyer Liqasının son turunda “Xəzər Lənkəran”la səfər oyununda baş verənlərdən narazılığını ifadə edib. Rəqib komandanın bəzi azarkeşləri "Neftçi"nin rəmzi sayılan bayrağı yandırmış və bununla da tribunada qarşıdurmaya şərait yaratmışlar. Görüşdən sonra isə onlar “Neftçi” üçün ayrılmış avtobusu daşa tutmuşlar. Bakılılar AFFA və PFL-ə, həmçinin Lənkəran şəhər hüquq-mühafizə orqanlarına bununla əlaqədar olaraq lazımi ölçü götürülməsi ilə bağlı məktub ünvanlanıb.

Mənbə: neftchifc.com