Georgiyevski: Lənkəranlı azarkeşlər arzuolunmaz hərəkətlərə yol verdilər
27.09.2010 - 18:17
"Mən indiyədək bir sıra derbilərin iştirakçısı olmuşam. Azərbaycanda ilk dəfə belə oyunda iştirak etdim. "Xəzər-Lənkəran"la qarşılaşmada stadionda əla atmosfer var idi". Bu sözləri "Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgiyevski klubun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 25-də "Xəzər-Lənkəran"la səfər görüşləri haqda fikirlərini bildirən yarımmüdafiəçi lənkəranlı azarkeşlərin oyun zamanı klubun bayrağını yandırması faktını pisləyib: "Təəssüf ki, matçın sonlarında yerli azarkeşlər arzuolunmaz hərəkətlərə yol verdilər. Klubun atributlarını, müqəddəs sayılan bayrağını təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Fikrimcə, "Xəzər-Lənkəran" azarkeşləri bütün "Neftçi"sevərlərdən üzr istəməlidir. Hələ heç nə bitməyib, mübarizə qabaqdadır. Qarşıdakı turlarda yenidən qələbələri sıralayacağıq. Azarkeşlərimiz buna əmin ola bilərlər. Ümidvaram ki, çempion tituluna məhz "Neftçi" sahib çıxacaq".

0
0