Sakit Alıyev: Hamıdan narazıyam
27.09.2010 - 19:43
Sakit Alıyev: Hamıdan narazıyam
“Bu gün çox zəif çıxış etdik. Xüsusən də, ilk yarının son 20 dəqiqəsində buraxdığımız səhvlərdən sonra qapımıza 2 qol vuruldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.

Tovuz təmsilçisi bu gün Unibank Premyer Liqasının VII turu çərçivəsində Bakıda eyni adlı komandanın qonağı olub. 1:3 hesablı uduzan “Turan”ın gənc çalışdırıcısı bütün futbolçulardan narazı qaldığını söyləyib: “İlk yarıda buraxdığımız səhvlər ikinci hissənin ilk 10 dəqiqəsində də davam etdi. Rəqib bundan istifadə edib daha bir qol vurdu. Bu gün meydanda olan bütün futbolçularımızdan narazı qaldım”.