Növbəti Azərbaycan – Ermənistan dueli
27.09.2010 - 22:17
Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasının VII turunda Azərbaycan milli komandalarının rəqibləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, kişilərdən ibarət yığmamız Ermənistanla qarşılaşacaq. Qızlarımız isə yunanıstanlı iti zəka sahibləri ilə qüvvələrini sınayacaqlar.
0
0