Mahir Şükürov darmadağında 30 dəqiqə oynadı
27.09.2010 - 22:25
Bu gün Rusiya Premyer Liqasının XXII turu çərçivəsində bir oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubu Samarada “Krılya Sovetov”un qonağı olub. Yığmamızın üzvü meydana start heyətinə çıxsa da, 30-cu dəqiqədə Klyava ilə əvəzlənib.
Oyunda hesab erkən açılıb. Artıq 3-cü dəqiqədə meydan sahibləri Samsonovun dəqiq zərbəsi sayəsində Şükürovun komandasını məyus ediblər. 29-cu dəqiqədə İvanov samaralıların ikinci qolunu vurub. Qarşılaşmada son nöqtəni isə 42-ci dəqiqədə Savin vurub – 3:0.
XX turdan sonra “Anji” topladığı 23 xalla 12-ci yerdədir.

0
0