Rəşad Sadıqov uşaq məşqçisinin ümidinə qaldı
28.09.2010 - 09:31
Millimizin futbolçusu Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu əvəzedici komandanın məşqçilərinin ümidinə qalıb. Apasport.az saytının məlumatına görə, əvvəl istefaya göndərilib, sonradan geri qaytarılan baş məşqçi Rza Çalımbay komandasının məşqinə qatılmayıb.
Verdiyi açıqlamada İstanbuldan Əskişəhərə getdiyini və hazırlıqlara rəhbərlik edəcəyini bildirən mütəxəssisin yoxluğunda məşq prosesinə əvəzedici heyətin baş məşqçisi Haldun Girginər rəhbərlik edib. Ona uşaq komandalarında çalışan məşqçilər Çətin Yurtşən, Ərdal Albayrak ve Evrensel Heper yardımçı olub.
Qeyd edək ki, neçə vaxtdır istefası gündəmdə olan Çalımbay klub rəhbərliyinin fövqəladə iclasında vəzifəsindən azad olunmuş, sonra isə geri qaytarılmışdı. Buna səbəb ona 1,2 milyon türk lirəsi təzminatın verilməsi səbəb olub.

0
0