“Bu halla qitənin böyük klubları da üzləşib”
28.09.2010 - 10:09
Unibank Premyer Liqasının VII turu çərçivəsində “Bakı” “Turan” üzərində 3:1 hesablı qələbə qazanmaqla, turnir cədvəlində iki pillə irəlilədi. Paytaxt təmsilçisinin vurduğu qollardan birinə milli komandamızın futbolçusu Vaqif Cavadov imza atdı. Qarşılaşmadan sonra apasport.az saytına müsahibəsində Cavadov yeni klubundan, vurduğu qoldan və millimizin keçirəcəyi oyunlar barədə danışıb.
- “Turan”la qarşılaşmada komandanız nəyə qadir olduğunu göstərə bildimi?
- Azarkeşlər maraqlı oyun izlədilər. Yaratdığımız 100 faizlik qol imkanlarının hamısından istifadə etdik. Yaxşı oyunlarımız hələ qabaqdadır. Bu gün meydança çox pis vəziyyətdə idi. Əlbəttə, 3 komanda ev oyunlarını bu stadionda keçirdiyindən, ot örtüyünü normal vəziyyətdə saxlamaq mümkün deyil. Hər halda, stadionun işçilərinə də təşəkkür düşür. Çünki onlar bacardıqları qədər meydanın yaxşı vəziyyətdə olmasına çalışırlar. Komandamızı isə təbrik edirəm. Növbəti turda turnir cədvəlinə başçılıq edən “Xəzər Lənkəran”la qarşılaşacağıq. Səfərə qələbə dalınca gedirik.
- Yeni komandamızda ilk qolunuzu vurdunuz...
- Bu qolların davamı gələcək. “Bakı”ya kömək üçün gəlmişəm. Əlimdən nə gəlir, onu da edəcəyəm.
- “Bakı” oyun baxımından heç də rəqibindən üstün deyildi. Necə düşünürsünüz, bu gedişlə qarşıya qoyulan məqsədə nail ola biləcəksinizmi?
- Başqa yolumuz yoxdur. Toparlanıb, məqsədə doğru irəliləməliyik.
- Klubunuzun prezidenti Hafiz Məmmədov uğursuz çıxışa görə futbolçularla söhbət etdiyini demişdi. Sizcə, “Bakı” uğursuz oyunlar seriyasına son qoydumu?
- Hər bir komandada eniş olur. Bu halla tək “Bakı” yox, Avropanın böyük klubları da üzləşib. “Bakı” həmişə liderlər qrupunda yer alıb. Çalışacağıq ki, yenə də turnir cədvəlinin yuxarı pillələrinə doğru irəliləyək.
- Komanda uyğunlaşa bilmisiniz?
- Bu proses birdən-birə olmur. Yavaş-yavaş komandaya uyğunlaşıram. Klub rəhbərliyi də futbolçular üçün hər cür şərait yaradıb.
- Baş məşqçi ilə münasibətləriniz necədir?
- Hər şey yaxşıdır. Aramızda hansısa problem yoxdur.
- Qarşıda milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələi çərçivəsində 2 oyunu var. Bu görüşlər barədə nə deyə bilərsiniz?
- Çətin olacaq. Milli təlim-məşq toplanışına yığışıb. Avstriya və Türkiyə ilə oyunların hazırlığına bu toplanışla başlamışıq. Ciddi hazırlaşıb, öz oyunumuzu tapmalıyıq. Yaxşı nəticə qazanacağımıza inanıram.
- Almaniya ilə böyük hesablı məğlubiyyəti unutmusunuz...
- Bu matç arxada qaldı. Qarşıdakı oyunlarda fərqli yığma komanda görəcəksiniz.
- Türkiyə ilə oyun yığmamızın ilk ev matçı olacaq. Təbii ki, bu qarşılaşmaya maraq böyükdür. Azarkeşlər stadiona ümidlə gələ bilərlərmi?
- Hələ Türkiyə ilə oyunu deyil, Avstriyanı düşünürük. Vyanadan yaxşı nəticə ilə döndükdən sonra burdakı oyuna köklənəcəyik. Yaxşı oyun olacağını deyə bilərəm. Hər bir futbolçu qələbə sevinci yaşamaq istəyir. Biz də meydana bu məqsədlə çıxırıq və çıxacağıq da.

0
0