Zeynal Məmmədov: Yəqin ki, mən də həmin siyahıda yer alacağam
28.09.2010 - 11:16
“Komandadan tam razı qaldığımı deyə bilmərəm. Amma hiss olunur ki, futbolçular yavaş-yavaş toparlanırlar. Yenə də istədiyimiz oyunu izləyə bilmədik. Yəqin ki, uşaqlar oyundan oyuna artıracaqlar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti vəzifəsini icra edən Zeynal Məmmədov deyib.
Dünən Unibank Premyer Liqasının VII turu çərçivəsində “Turan”la qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanan paytaxt təmsilçisi xallarının sayını 8-ə yüksəldib. Sonuncu dəfə III turda “Qəbələ”ni məğlub edən vitse-çempion daha sonra heç-heçələri sıralayıb.
Qarşısına çempion olmaq məqsədi qoyan “zolaqlılar” psixoloji gərginlikdən çıxmaq üçün bu qələbənin vacib olduğunu düşünür: “Düzdür, çoxlu xal itirmişik. Ancaq bunu faciəyə çevirmək olmaz. Düşünürəm ki, “Xəzər Lənkəran”ı məğlub etsək, hər şey qaydasına düşəcək. “Turan”la matçda qələbə bizim üçün vacib idi. Çünki uşaqların özlərinə gəlməsi, psixoloji gərginlikdən çıxması üçün buna ehtiyacımız var idi. “Qara zolaqdan” çıxmaq zamanıdır. İnşallah, qarşıdakı oyunda buna nail olacağıq. “Xəzər Lənkəran”ı məğlub etsək, “Bakı” pis günləri arxada qoyacaq”.
Ötən həftə Premyer Liqanın mükafatçılarının təqdimetmə mərasimində açıqlama verən klubun prezidenti Hafiz Məmmədov yaxın 2-3 gün ərzində komandada yeni idarəetmə strukturunun açıqlanacağını bildirmişdi. Ancaq hələlik bununla bağlı açıqlama verilməyib. Zeynal Məmmədov bu gün və ya sabah heyətin açıqlanacağını deyib: “Bu Hafiz müəllimin səlahiyyətində olan məsələdir. Ancaq bu gün və ya sabah siyahının açıqlanacağına ümid edirəm”.
Məmmədovun özünün bu siyahıda yer alıb-almayacağını da öyrəndik. Tam təsdiqləməsə də, Zeynal müəllimin fəaliyyətini yenə vitse-prezident kimi davam etdirəcəyini istisna deyil: “Yəqin ki, mən də həmin siyahıda yer alacağam. Vitse-prezident məsələsinə gəldikdə, yəqin ki, yenə bu vəzifəni icra edəcəm”.

0
0