Azərbaycan çempionundan çətin qələbə – YENİLƏNİB
28.09.2010 - 19:29
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən son ölkə çempionu “Araz” bu gün ilk oyununu keçirib.
Braziliyalı mütəxəssis Joze Alessio da Silvanın yetirmələri İrlandiyanın “Sportinq Finqal” komandası ilə qarşılaşıblar. “Araz” favorit qismində çıxdığı görüşdən çətin qələbə ilə ayrılıb – 7:4.
Oyunları Rumıniyada keçirilən 3-cü qrupda mübarizə aparan təmsilçimiz turnirdəki ilk oyununun yalnız ikinci hissəsində dönüş yarada bilib. Futzalçılarımız hesabı açdıqları matçda fasiləyə 2:3 hesabı ilə geridə yollanıblar. İkinci yarının əvvəlində isə irlandiyalılar fərqi daha da artırıblar. Hissənin ortalarında naxçıvanlılar fərqi minimuma endirməyi bacarıblar.
Matçın son 6 dəqiqəsində isə meydanda bir komanda olub. Əvvəl 17 saniyə intervalı ilə iki qol vuran “Araz” hesabda ömə çıxıb. Ardınca isə oyunçularımız daha iki dəfə fərqləniblər. Oyunun taleyini həll edən bu 4 qol ümumilikdə 187 saniyə ərzində vurulub.
Qeyd edək ki, komandamız sabah Latviyanın “Nikars” klubu ilə görüşəcək.
UEFA kuboku, əsas mərhələ
III qrup, I tur
19:00. “ARAZ” (AZƏRBAYCAN) – “SPORTİNQ FİNQAL” (İRLANDİYA) - 7:4
QOLLAR: Duşkeviç, 1; Anderson Monteiro, 7, 35; Lusiano, 31; Felipe, 35; Vitali Borisov, 36; Eder, 38 - Langtry, 13; Hygo Cezar, 18, 25; Rodrigo de Melo, 19
Tırqu-Mureş (Rumıniya). Şəhər idman kompleksi

0
0