“Xəzər Lənkəran”ın Alimi
28.09.2010 - 12:17
Unibank Premyer Liqasının VII turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın futbolçusu Alim Qurbanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi yarandığı vaxtdan (2004-cü ilin yayı) şərəfini qoruduğu cənub təmsilçisinin heyətində 150-ci görüşünü keçirib.
6 ildir sadiq olduğu komanda ilə Azərbaycan çempionluğunu (2006/07), çempionatın gümüş medalını (2004/05), Azərbaycan kubokunu (2006/07 və 2007/08) və “Birlik Kuboku”nu qazanan Alim bu həddə çatan ikinci futbolçu olub.
“Xəzər Lənkəran” tarixində 150 oyun göstəricisini arxada qoyan ilk futbolçu Rəşad Abdullayev 2004-2009-cu illərdə bu komandada forma geyinib. Ötən yay “Neftçi”yə keçən yarımmüdafiəçinin hesabında 155 oyun (18 qol) var. Qurbanov bu gedişlə artıq bu mövsümdə Rəşadın göstəricini təkrarlayaraq, yeni rekord müəyyənləşdirəcək.
Qeyd edək ki, Alim 2008/09 mövsümünün ikinci yarısında Yevlaxın “Karvan” klubuna icarəyə verilmişdi. O, icarəsi bitdikdən sonra yenidən “ağ-yaşıl” formanı geyib.
Alim Qurbanovun “Xəzər Lənkəran” karyerası
Mənbə: lankaranfc.com

Mövsüm | Turnir | Oyun | Qol |
2004/05 | Çempionat | 31 | 3 |
| Kubok | 5 | 1 |
2005/06 | UEFA kuboku | 2 | - |
| Çempionat | 20 | 2 |
| Kubok | 8 | - |
2006/07 | Çempionat | 19 | 1 |
| Kubok | 8 | - |
2007/08 | Çempionlar Liqası | 2 | - |
| Birlik kuboku | 5 | - |
| Çempionat | 18 | - |
| Kubok | 5 | - |
2008/09 | UEFA kuboku | 2 | - |
| Çempionat | 4 | - |
| Kubok | 1 | - |
2009/10 | Çempionat | 10 | 1 |
| Kubok | 4 | - |
2010/11 | Avropa Liqası | 2 | - |
| Çempionat | 4 | - |
Cəmi | Çempionat | 106 | 7 |
| Kubok | 31 | 1 |
| Avrokuboklar | 8 | - |
| Birlik kuboku | 5 | - |
| Yekun | 150 | 8 |
Mənbə: lankaranfc.com
0
0