Sakit Alıyev: Gərək sözün düzünü deyəsən - MÜSAHİBƏ
28.09.2010 - 12:35
Tovuzun “Turan” klubunun baş məşqçi postundan uzaqlaşdırılan Sakit Alıyevin apasport.az saytına müsahibəsi
- İstefaya göndərilməyinizlə bağlı qərarı sizə kim çatdırdı?
- “Bakı” ilə oyundan sonra vitse-prezidentimiz Zabit müəllim. O dedi ki, klub prezidenti belə qərar qəbul edib. Yalnız məsləhətçi olan gürcü mütəxəssis Revaz Dzodzuaşvili postunda qalır.
- Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Əslində, bunu gözləmirdim. Çünki prezidentimiz Musa Süleymanovla başqa söhbətim olmuşdu. Bu da gənc futbolçuların üzə çıxarılması, inkişafı ilə bağlı idi. Onların yetişdirilməsində mənim də rolum olub.
- Süleymanov saytımıza müsahibəsində deyib ki, məşqçilər korpusu işinin öhdəsindən gələ bilmir...
- Bu, onun fikridir. Məni bu posta o gətirib, o da çıxarır. Buna səlahiyyəti çatır.
- İndiki vaxtda işdən çıxarılacağınızı özünüzə qarşı haqsızlıq sayırsınız?
- Süleymanovdan heç bir narazılığım yoxdur. 3 ayda bacardığımı əsirgəmədim. Bəlkə başqa fikirləri var idi. Ancaq bu müddətdə komanda üçün həqiqətən çox iş gördüm. 12-13 futbolçunu əvəzedicilərdən əsas komandaya gətirdim. Prezidenti başa düşmək olar. O da istəyir ki, hər oyunda qələbə olsun.
- Dzodzuaşvili “Turan”a gətirilən zaman gözləmək olardı ki, çox keçmədən sizi baş məşqçi postunda əvəzləyəcək?
- Sonda belə olacağını duymuşdum. Ancaq onu da nəzərə alaq ki, məşqçi işi ömürlük deyil.
- Dzodzuaşvili ilə münasibətləriniz necə idi?
- Gərək sözün düzünü deyəsən. O, komandanın yaxşı çıxış etməsi üçün öz məsləhətlərini verirdi. “Bakı” ilə matçdan sonra mənə yaxınlaşıb dedi ki, istefaya göndərilməyimdə onun rolu yoxdur.
- Gürcü həmkarınızdan nə gözləyirsiniz? Sizcə, “Turan”ı bu vəziyyətdən çıxara biləcəkmi?
- Ona uğurlar arzulayıram. Fərqi yoxdur, baş məşqçi kim oldu, əsas odur ki, “Turan” yaxşı çıxış etsin. Tovuzda futbolu ölməyə qoymasınlar. Çünki burada həmişə yaxşı futbolçular olub. Son pillələr bizə yaraşmır.
Mehman SÜLEYMANOV

0
0