Futbolçularımız Zinəddin Zidanla görüşmək şansı qazandılar - FOTO
28.09.2010 - 15:48
Bakının "İnter" klubunun 13 yaşlılardan ibarət komandası sabah Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinə yola düşəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vəli Hüseynovun yetirmələri "Danone Beynəlxalq Kuboku" turnirində Azərbaycanı təmsil edəcək.
40 ölkənin iştirak edəcəyi yarış uşaqlar arasında keçirilən ən böyük turnir hesab olunur. 1000-dən artıq uşaq futbolçunun qatıldığı turnirdə komandalar "Dünya çempionu" adını qazanmağa çalışacaq. Tanınmış futbolçu və "Danone Beynəlxalq Kuboku"nun rəsmi səfiri Zinəddin Zidanın da turnirin final mərhələsində iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, turnir oktyabrın 1-dən 3-nə qədər davam edəcək.
Mənbə: inter.az

- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0