Juninyonun barmaqları sınıb
28.09.2010 - 17:25
Juninyonun barmaqları sınıb
“Bakı”nın braziliyalı legioneri Junior Osvaldo - Juninyo təxminən 10 gündən sonra məşqlərə başlayacaq. Apasport.az saytının məlumatına görə, “Gəncə” ilə oyunda zədələnən yarımmüdafiəçi məşqlərdə iştirak etmir.

“Bakı”nın Unibank Premyer Liqasının VII turunda doğma meydanda “Turan” üzərində əldə etdiyi 3:1 hesablı qələbəni kənardan izləyən Osvaldo həkimlərin yekun qərarını gözləyir. 3 barmağı birdən qırılan 28 yaşlı futbolçunun qolu sarıqdadır. “Zolaqlılar”ın digər zədəli futbolçusu Şasa Kaykutun isə nə vaxt məşqlərə başlayacağı dəqiq bilinmir. “Qarabağ”la yoldaşlıq görüşündə zədələnən bosniyalının ayağında çat müəyyən olunub.

Qeyd edək ki, “Bakı”nın digər zədəli futbolçusu Joel Epalle isə hazırda Almaniyada müalicə olunur. Epalledən fərqli, Kaykut müalicəsini ölkəmizdə davam etdirir.