Belçikalı jurnalist “Neftçi”yə qiymət verdi
28.09.2010 - 17:06
Belçikalı jurnalist “Neftçi”yə qiymət verdi
Belçikanın “Sport foot magazine” jurnalının müxbiri Stefan Van der Velde və fotoqraf Erik Herşaft bu gün “Neftçi” klubunun düşərgəsində olublar. Apasport.az saytının məlumatına görə, komandanın məşqini izləyən jurnalın əməkdaşlarından Van der Velde “ağ-qaralar”ın hazırlıq prosesini yüksək qiymətləndirib.

O, intensiv məşqin klubun gücündən xəbər verdiyini və futbolçuların texnikalı olduğunu deyib: “Neftçi”nin məşqi digər Avropa klublarında və Belçikanın aparıcı klublarında olduğu kimi keçdi. Düşünürəm ki, çempionat oyunundan sonra belə intensiv məşq komandanın gücündən xəbər verir. Klubun heyətində əsasən texnikalı futbolçular yer alıb. Məşqdə futbolçular çox istəkli və motivasiyalı görünürdülər. Komanda üzvlərinin fiziki göstəriciləri haqda tam fikrimi bildirə bilməsəm də, texniki potensialları göz qabağında idi. Biz bu səfərdən çox məmnun qaldıq”.