Rəşad Sadıqov üçün 3 variant
29.09.2010 - 09:54
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Rza Çalımbayı istefaya göndərən əskişəhərlilər indi də ölkə xaricində çalışdırıcı axtarır. Türkiyə mətbuatı baş məşqçi postuna 3 əcnəbinin namizəd olduğunu iddia edir. Bunlar rumıniyalı Georgi Hacı, uelsli Con Toşak və almaniyalı Holger Osiyekdir.
Həmkarlarımızın fikrincə, həm futbolçu, həm də məşqçi kimi qonşu ölkədə özünü göstərən Hacı bu varianta müsbət yanaşır. Yalnız Hacı ilə razılıq əldə olunmayacağı halda, digər namizədlərlə danışıqlara start veriləcək. Belə olacağı halda isə vaxtilə “Beşiktaş”da çalışmış və ötən ay Uels yığmasından ayrılan Toşak daha şanslıdır. Osiyek isə hazırda Avstraliya milli komandasında çalışır. Elə bu səbəbdən də almaniyalının “Əskişəhərpor”un “sükanı arxasına” keçmək şansı daha azdır.

0
0