Azərbaycan çempionu: Rəqib təcrübəsiz idi
29.09.2010 - 10:30
“İrlandiyanın “Sportinq Finqal” klubu bizi çox təəccübləndirdi. Yaxşı ki, bu matçın birinci hissəsində baş verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alessio da Silva deyib.
Braziliyalı mütəxəssis futzal üzrə UEFA kubokunun əsas mərhələsinin ilk turunda qazanılan çətin qələbə haqda fikirlərini açıqlayıb. Onun sözlərinə görə, İrlandiya çempionu “Sportinq Finqal” ilə oyunda təcrübə amili həlledici olub: “Xoşbəxtlikdən rəqibimizin kifayət qədər təcrübəsi yoxdur. Üstəlik, oyunun sonuna kimi vaxtımız da yetərincə idi. Elə bu da oyunun sonunda sözümüzü deməyə imkan yaratdı”.
Qeyd edək ki, “Araz” “Sportinq Finqal”ı 7:4 hesabı ilə məğlub etdiyi qarşılaşmanın gedişində 2:4 hesabı ilə geridə olub.

0
0