I divizionda qalmaqal: Baş məşqçinin beyni silkələndi
29.09.2010 - 12:45
I divizionda qalmaqal: Baş məşqçinin beyni silkələndi
Rusiya çempionatının I divizionunda qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 31-ci turun Bryansk “Dinamo”su ilə səfər matçının “qurbanı” “Luç-Enerji”nin baş məşqçisi Fransisko Arkos olub.

Qonaqların qapıçısının penaltini qaytarmasından sonra azarkeşlər əllərinə gələn əşyaları rəqibin ehtiyat oyunçular skamyasına atmağa başlayıblar. Buna həm də “Luç-Enerji” rəsmilərindən birinin ədəbsiz jesti səbəb olub.
Atılan butulkalardan birindən axan maye isə Arkosun sürüşməsinə səbəb olub. Başı yerə çırpılan mütəxəssis xəstəxanaya çatdırılıb. Beynində yüngül silkələnmə olan çalışdırıcı bir müddət xəstəxanada qalmalı olacaq.
0