“Barselona”nın futbolçusu Azərbaycanla oyunu gözləyir
29.09.2010 - 13:08
“Barselona”nın futbolçusu Azərbaycanla oyunu gözləyir
19 yaşadək futbolçular arasında təşkil edilən Avropa çempionatının ilkin təsnifat mərhələsinin oyunları başlayıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının yer aldığı qrupun oyunlarına isə oktyabrın 11-də start verəcək.

Bernard Lippertin başçılıq etdiyi U-19 həmin gün Portuqaliya ilə qarşılaşacaq. Oktyabrın 1-dən etibarən hazırlığa başlayacaq rəqibin “18-liy”i müəyyənləşib. Baş məşqçi yığmamızla oyuna “Barselona”nın yetirməsi olan Luis Qustavonu da dəvət edib. Ümumiyyətlə, komandamıza qarşı bu futbolçular oynaya bilər: Luis Martins, Ruben Pinto (hər ikisi “Benfika”), Luis Qustavo (“Barselona”, İspaniya), David Bruno, Filipi Barros, Fabio Nunes, Rikardo Ferreyra, Tiaqo Maya (hamısı “Porto”), Aqostinho Ka, Betinho, Bruma, Luis Ribeyro, Rikardo Esqayo, Villiam Karvalyo (hamısı “Sportinq”), Jozue, Joao Amorim, Paulo Oliveyra, Tiaqo Rodriges (hamısı “Vitoriya”).