“Xəzər Lənkəran” və “Neftçi”yə ciddi xəbərdarlıq!
29.09.2010 - 13:53
Unibank Premyer Liqasının VII turunda “Neftçi” üzərində qələbə “Xəzər Lənkəran”a baha başa gəlib. Cənub təmsilçisi bakılıları 1:0 hesabı ilə məğlub etdiyi derbi görüşündə yaşanan hadisələr ucbatından AFFA-ya 10 min manat cərimə ödəyəcək.
Apasport.az saytının məlumatına görə, bununla bağlı assosiasiyanın Nizam-İntizam Komitəsinin iclasında qərar çıxarılıb. Oyunda hər iki klubun azarkeşləri fişəng yandırıb, “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb, qol vurulduqdan sonra meydançaya azarkeş daxil olub və hər iki komandanın azarkeşləri arasında münaqişə baş verib.
Belə ki, 1-ci dəqiqədə “Neftçi”nin, 89-cu dəqiqədə “Xəzər Lənkəran”ın azarkeşləri fişəngdən istifadə etdikləri üçün hər ikisi 3 min, 80-ci dəqiqədə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Xəzər Lənkəran” 2 min, 89-cu dəqiqədə meydançaya azarkeş daxil olduğu və tribunalarda hər iki klubun azarkeşləri arasında münaqişə baş verdiyi üçün cənublular daha 5 min manat cərimə olunub. Bu hadisəyə əsasən, “Neftçi” meydan sahibi olan komandanın təqdim edəcəyi hesaba uyğun dəymiş zərəri ödəyəcək.
Üstəlik, hər iki kluba ciddi xəbərdarlıq olunub. Analoji hadisənin təkrar olunacağı təqdirdə, komandalar barəsində ciddi ölçü götürüləcək və klubların azarkeşləri oyunlara buraxılmayacaq.

0
0