Azərbaycanlı dünya çempionuna ağır cəza verildi - FOTO
29.09.2010 - 14:01
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda ölkə çempionatlarının oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
Unibank Premyer Liqasının VII turunun “Muğan” – “Simurq” matçının 38-ci dəqiqəsində meydandan qovulan Rasim Ramaldanov 1 oyunluq cəzalanmaqla, komandasını 100 manat ziyana salıb. Əvəzedicilərin oyunlarında göstərilən qırmızı vərəqələrə görə “Neftçi” və “Xəzər Lənkəran 1000, MOİK və “Gəncə” 100 manat ödəməli olacaq.
I divizionda qeydə alınan intizamsızlıqlar da cəzasız qalmayıb. “Rəvan” - “Şahdağ” matçında rəqiblər qırmızı vərəqələrə görə hərəyə 200 manat ziyana düşüb. “Rəvan” hakimi təhqir edən baş məşqçisi Vladislav Qədirovun hərəkəti üçün də 500 manat ziyana düşüb. Yeniyetmələr arasında dünya çempionu olan çalışdırıcı 5 oyunluq cəza ilə üzləşib.
Bundan başqa “Ədliyyə”, “Neftçi”İSM və “Bakılı” 100, “Şəmkir” 20, “Energetik” 420 manat cərimələnib.

0
0