Mahmud Qurbanov sabiq komandasına mesaj göndərdi
29.09.2010 - 15:00
“Qələbə bizə lazım idi. Çünki son 2 turda udulası oyunları heç-heçə ilə başa vurmuşuq. Liderlərdən geri qalmışıq. Düşünürəm ki, bu qələbə uğurlu çıxışımız üçün təkan olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Cari mövsümdə uğursuz çıxışı ilə yadda qalan “Bakı”, nəhayət bazar ertəsi “Turan”la keçirdiyi oyunda 3 xal qazanmaqla qələbələrinin sayını 2-yə çatdırıb. Bu matçda uzun fasilədən sonra paytaxt təmsilçisinin baş məşqçisi Vinfred Şafer təcrübəli futbolçunu ilk “11-lik”də meydana buraxıb.
Matçda dəqiq ötürmələri ilə hələ qocalmadığını göstərən Qurbanov bunları deyib: “İlk dəqiqələrdən meydana çıxdım və özümü normal hiss edirdim. İnşallah, bu qələbənin davamı gələcək. Yaxşı komandamız var və məqsədə nail olacağımızı düşünürəm”.
Komandadakı eniş dövrünün bitdiyini düşünən 37 yaşlı futbolçu artıq qələbələri sıralayacaqlarını vurğulayıb: “Mövsümə çox pis başlamışdıq. Komandada bir eniş var idi. Fikrimcə, artıq bu başa çatdı. Çempionat uzun marafondur. İtirdiyimiz xalları bərpa edəcəyik. Düzdür, liderlərdən xeyli geri qalmışıq. Ancaq mövsüm davam edir və xalları bərabərləşdirə bilərik”.
Həftəsonu “Xəzər Lənkəran”la qarşılaşacaq paytaxtın eyniadlı komandası səfərdən qələbə ilə qayıtmaq istəyindədir: “Çətin oyun olacaq. Sabiq komandam “Xəzər Lənkəran” hazırda turnir cədvəlinə başçılıq edir. Ancaq biz səfərə qələbə qazanmaq üçün yollanırıq. “Turan”la oyundakı qələbə psixoloji baxımdan komandaya çox kömək etdi”.

0
0