Milli komandamızla oyuna 3 klubdan futbolçu çağırıldı
29.09.2010 - 15:12
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqiblərindən olan Portuqali millisi təlim-məşq toplanışına yığışıb. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Emiliyo Peixa hazırlığa 23 futbolçunu dəvət edib.
Məqsəd oktyabrın 22-dən 27-dək Portu şəhərində keçiriləcək qrup mərhələsində xidmətindən istifadə edəcək “18-liy”i müəyyənləşdirməkdir. Maraqlıdır ki, toplanışa cəmi 3 klubdan – “Benfika”, “Porto” və “Sportinq”dən oyunçular dəvət edilib: Bruno Varela, Helder Kosta, Joao Kanselo, Joao Teyxeyra, Joze Kosta, Sansidino Silva (hamısı “Benfika”), Bruno Silva, Dioqo Mota, Frederik Maciel, Gerson Sousa, Qonçalo Paçiensiya, Leandro Silva, Lima Pereyra, Luis Pinto, Tomas Podstavski (hamısı “Porto”), Aleksandr Quedes, Antonio Silva, Karlos Çavi, Luis Qortez, Mane, Nuno Molheyro, Tiaqo Dudue, Tabias Fiqueyredo (hamısı “Sportinq”).
Qeyd edək ki, Portuqaliya və Azərbaycanın yığmaları oktyabrın 22-də üz-üzə gələcəklər.

0
0