“Dünya çempionatının Azərbaycanda təşkil olunması ağıllı addımdır”
29.09.2010 - 15:31
“17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının Azərbaycanda təşkil olunması ağıllı addımdır. Çünki böyük turnirlərə sahib olmaq üçün əvvəlcə aşağıdan - gənclərin çempionatlarından başlamaq lazımdır”. Apasport.az-ın məlumatına görə, bu sözləri UEFA-nın I vitse-prezidenti Şenez Erzik deyib.
Affavideo.az saytına müsahibə verən UEFA rəsmisi federasiyanın üzərinə götürdüyü işin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib: “Dünya çempionatının Azərbaycanda keçirməsi yaxşı haldır. FİFA yaş həddini bir qədər də aşağı salıb. Artıq 17 yaşlıların yarışını keçirdir. Belə bir çempionatın ev sahibliyinə yiyələnməyiniz münasibətilə sizi təbrik edirəm. İnanıram ki, AFFA üzərinə götürdüyü işin öhdəsindən layiqincə gələcək. Təşkilatı işlərdə peşəkar insanlar çalışacaq. AFFA-nın təşkil edəcəyi dünya çempionata beynəlxalq təşkilatlara – FİFA və UEFA-ya, həmçinin dünya ictimaiyyətinə bir mesaj olacaq ki, biz bu cür turnirləri keçirə bilirik. Uğurlar arzulayıram”.
Türkiyədə qadın futbolunun inkişafında xüsusi rola malik olan Erzik qardaş ölkənin keçdiyi yolu nümunə göstərib. O, qadın futbolunun inkişafının məktəblərdən başladığına inandığını sözlərinə əlavə edib: “Türkiyədə qadın futbol çempionatını ilk dəfə 1989-1990-cı il mövsümündə mən təşkil etmişəm. Mən işlədiyim vaxtadək çempionat keçirilməmişdi. Daha sonra həmin çempionata sponsorlar cəlb etdik. O vaxtı ki, sponsorlar bu işdə bizə böyük dəstək verdilər. Ancaq mən qadın futbolunun məktəblərdən başladığına inanıram. Çünki gənc qızlar universitetə daxil olduqdan, işlədikdən və ailə həyatı qurduqdan sonra bir çox məsuliyyəti öz üzərilərinə götürürlər. Ona görə də futbol oynamırlar, ümumiyyətlə idmanı ikinci plana atırlar. Buna vaxtları da çatmır. Əgər futbol həyatına məktəbdən başlayarlarsa daha çox həvəs göstərərlər, uğur əldə edərlər. Qadın futbolunda gedən prosseslər bu fikrimdə haqlı olduğumu təsdiqlədi. Bunun nəticəsidir ki, artıq 17 yaşadək qızlardan ibarət dünya çempionatı keçirilir”.

0
0