Avropada №1 - “Xəzər Lənkəran”!
29.09.2010 - 15:48
Avropada №1 - “Xəzər Lənkəran”!
Unibank Premyer Liqasının ilk 7 turunda qapısından qol buraxmayan “Xəzər Lənkəran” bu yarışda qapısını toxunulmaz saxlayan yeganə komandadır. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin yetirmələrinin bu göstəricisi təkcə Azərbaycanda deyil, bütün Avropada ən yaxşı nailiyyətdir. Belə ki, UEFA-ya üzv olan 53 ölkənin güclülər dəstəsində çıxış edən komandalardan heç biri ardıcıl 7 matçı “quru” keçirməyib.

Düzdür, 53 ölkədən birinin – Lixtenşteynin öz birinciliyi yoxdur və oranı təmsil edənlər İsveçrədə mübarizə aparırlar. Digərlərinə gəlincə, istər “payız-yaz”, istərsə “yaz-payız” sistemi ilə keçirilən turnirlərdə hələ də qol buraxmayan 5 komanda var.

“Xəzər Lənkəran”la yanaşı, “Lusitanos” (Andorra), “Marsakloks” (Malta), “Tre Fiore”, “Libertas” (hamısı San Marino) da buna nail olublar. Lakin təmsilçimizdən fərqli, onlar nəinki 7 oyun, heç bunun yarısını da keçirməyiblər. Maltalılar 3, digərləri isə 2 qarşılaşmadan “quru” ayrılıblar.

Ölkə

ən az qol buraxan komanda

Buraxılan
qollar

Oyun
sayı

Albaniya

“Dinamo”, “Flyamurtari”

3

5

Almaniya

“Mayns”, “Borussiya” D

5

6

Andorra

“Lusitanos”

0

2

Avstriya

“Zalsburq”

5

7

Azərbaycan

“Xəzər Lənkəran”

0

7

Belarus

BATE

11

26

Belçika

“Anderlext”

2

9

Bolqarıstan

“Çernomorets” B

3

8

Bosniya və Herseqovina

“Borats”

5

8

Çernoqoriya

“Rudar”

2

7

Çexiya

“Siqma”

6

10

Danimarka

“Kopenhagen”, “Midtülland”

8

10

Ermənistan

“Pünik”, “Ulisse”

18

22

Estoniya

“Flora”

14

31

Farer adalrı

“Runavik”

27

24

Finlandiya

HİK

16

23

Fransa

“Renn”

3

7

Gürcüstan

“Dinamo”, “Kolxeti”, “Torpedo”

6

8, 7, 7

Hollandiya

“Tvente”

3

7

İngiltərə

“Çelsi”, “Mançester Siti”

2

6

İrlandiya

“Bohemians”

25

31

İslandiya

“Breydablik”

23

22

İspaniya

“Real” M

1

5

İsrail

“Makkabi” TƏ

2

4

İsveç

“Helsinqborq”, “Höteborq”

22

25

İsveçrə

“Syon”

10

9

İtaliya

“İnter”

3

5

Kipr

“Omoniya”, “Enozis”

2

4

Latviya

“Skonto”

11

21

Litva

“Jalgiris”

11

21

Lixtenşteyn

Çempionat keçirilmir

-

-

Lüksemburq

“Dudelanj”

5

8

Macarıstan

“Uypeşt”

5

8

Makedoniya

“Renova”

3

8

Malta

“Marsakloks”

0

3

Moldova

“Şerif”

2

9

Norveç

“Rusenborq”

21

25

Polşa

“Yagelloniya”

4

7

Portuqaliya

“Porto”

2

6

Qazaxıstan

“Tobol”

18

26

Rumıniya

“Rapid”

5

9

Rusiya

“Zenit”, “Rubin”

8

20, 22

Serbiya

“Partizan”, “Voyvodina”

1

6, 5

San-Marino

“Tre Fiore”, “Libertas”

0

2

Şimali İrlaniya

“Linfild”

3

8

Slovakiya

“Spartak”

6

10

Sloveniya

“Domjale”

5

11

Şotlandiya

“Seltik”

2

6

Türkiyə

“Bursaspor”

1

6

Uels

“Nit”

5

6

Ukrayna

“Şaxtyor”

5

11

Xorvatiya

“Rnk Split”

3

9

Yunanıstan

“Olimpiakos”, “Aris”, “Erqotelis”, “Larisa”

2

4


Vüqar XEYRULLAYEV
0