“Bülənt Korkmaz heç Azərbaycanda da dərdə dərman olmadı”
29.09.2010 - 17:13
“Əskişəhərspor” klubunun boş qalan baş məşqçi postu ilə bağlı müzakirələr Türkiyə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, həmkarlarımız indi də son günlər adı bu komanda ilə hallanan namizədlərin hamısının siyahısını hazırlayıblar. Təbii ki, onlar bu məşqçilərin hər birinin dəyərləndirməsini də zəruri sayıblar.
Türkiyəli jurnalistlər ötən mövsümün gedişində “Bakı”ya baş məşqçi təyin olunan və çempionat başa çatmamış ölkəmizi tərk edən Bülənt Korkmaza da yer veriblər. Elə onun Azərbaycan karyerası da həmkarlarımızın yadından çıxmayıb: “O, baş məşqçiliyə “Kayseri Ərciyəsspor”da uğurla başlamışdı. Komandasını güclülər dəstəsində saxlaya bilməmişdi. Lakin əla komanda yaratmaqla, perspektivli məşqçi təsiri oyatmışdı. “Ərciyəsspor”dan sonra çalışdırdığı “Bursaspor”, “Gənclərbirliyi” və “Qalatasaray”da uğur qazana bilmədi. Elə Azərbaycanda da dərdə dərman olmadı. “Əskişəhərspor” rəhbərliyi istəsə gələr. Amma çətin ki, bir xeyir verə bilsin”.
Qeyd edək ki, Türkiyə mətbuatı “Əskişəhərspor”un baş məşqçi postuna 10-a yaxın namizədin adını çəksə də, klub prezidenti Halil Ünal artıq Ərsun Yanalla danışıqlara başladığını açıqlayıb.

0
0