Sadıqovla Şükürovu gözləyən təhlükə
29.09.2010 - 23:00
Azərbaycanlı futbolçuların hər dəfə xaricə getmək variantı ortaya çıxanda, buna sevinməklə yanaşı, sonda hər şeyin yaxşı olacağına ümid edirik. Legioner həyatı yaşayan futbolçularımız həm səviyyələri artırmaq, həm də ölkəmizi layiqli təmsil etmək imkanı qazanır. Bütün bunlar isə ilk növbədə yığmamızın xeyrinə olan amildir. Bu mənada cari ildə bir neçə yığma üzvümüz xaricə üz tuta bildi. Onlar arasında müdafiəçilər Rəşad Sadıqovla Mahir Şükürov oxşar tale yaşayır.
Söhbət onları transfer edən baş məşqçilərin üzləşdiyi aqibətdir. Şükürovu Rusiyanın “Anji” klubuna gətirən gürcü çalışdırıcı Omari Tetradze ilk turdan sonra istefa verdi. Rəşad isə lap arzuolunmaz vəziyyətlə üzləşdi. Rza Çalımbay Sadıqovu oynatmadan Türkiyənin “Əskişəhərspor” klubunun sükanı arxasından getdi. Mahir Tetradzenin sərəncamında bir oyunda meydana çıxa bildiyi halda, yığmamızın kapitanı hələlik ehtiyatda qalıb.
Düzdür, bu il Hollandiyanın “Tvente” klubuna keçən yığmamızın hücumçusu Vaqif Cavadov da demək olar eyni halla rastlaşdı. Onun keçidinin təşəbbüskarı olan ingilis mütəxəssis Stiv Maklaren tarixində ilk dəfə çempion etdiyi “Tvente”ni mövsüm bitəndən sonra Almaniyanın “Volfsburq” klubuna dəyişdi. Sadəcə, fərq ondadır ki, Cavadov onu oynatmayan Maklarenin rəhbərliyi altında 5-6 ay oldu. “Tvente”yə yeni çalışdırıcısının dövründə Vaqifinin heyətə düşmək baxımından işinin daha çətin olacağını gözləmək olardı. Hər halda, yeni baş məşqçi sələfinin oynatmadığı futbolçuların xidmətində maraqlı olmur. Proqnozlar özünü doğrultdu və belçikalı Mişel Pryudomla yola getməyən Vaqif “Tvente”dən ayrılası oldu.
Şükürovun baş məşqçi dəyişikliyindən sonra heyətə düşməklə bağlı problemi olmadı. Hər halda, Hacı Hacıyevin vaxtında da əsas heyət oyunçularından sayılır. Sadəcə, Mahirin Rusiyada himn qalmaqalı, “Alaniya” ilə səfər oyununda əvəzlənərkən çılğın hərəkətləri, 1:6 hesabı ilə uduzduğumuz Almaniya yığması ilə görüşdən sonra yorğunluğu ilə əlaqədar ona istirahət verilməsi ilə bağlı deyilənlər böyük müzakirələrə səbəb oldu. Hacıyevin əsas köməkçilərindən olan Andrey Qusin Mahirin hərəkətlərindən narazı qalaraq, onun mətbuatda həddən artıq çox danışmasını qabartdı. “Anji”nin son oyununda isə futbolçumuz artıq 30-cu dəqiqədə əvəzləndi.
Məlum olduğu kimi, mövsümün gedişində baş məşqçi postuna gətirilən şəxs komandanı özünün qurması üçün fasiləni gözləyir. Rusiyada mövsümün bitməsinə az qalıb və Hacıyev postunda qalarsa, qışda heyətə “əl gəzdirəcək”. Onun Mahirlə çalışmağı davam etdirib-etdirməyəcəyi artıq həmin vaxt bilinəcək.
Sadıqovla Şükürovu birləşdirən yetərincə məqamlar var: eyni ampluada oynaması, eyni təvəllüdlü (1982-ci il), vaxtilə “Neftçi”də, indi isə yığmada komanda yoldaşı olması, hazırkı klubları ilə iki illik müqavilə imzalamaları. Sözsüz ki, Rəşad legionerlik təcrübəsi baxımından Mahirdən daha təcrübəlidir. Türkiyəyə üçüncü dəfə yollanan kapitan hər dəfə Superliqa klublarına keçir. 2005-ci ildə “Kayserispor”, 2009-cu ildə “Kocaelispor”a transfer olunan Sadıqov bu dəfə “Neftçi”dən yox, “Qarabağ”dan qardaş ölkəyə üz tutdu.
Onun indiki durumunu başa düşmək olar. “Əskişəhərspor”a böyük ümidlərlə gələn Rəşad ehtiyatda qalmaq, onu gətirən baş məşqçinin gedişi ilə bağlı problemlərlə rastlaşdı. Yeni çalışdırıcının isə kimliyi hələlik bilinmir. Rəşadın peşəkarlığına, onun hazırlığına həmişə diqqət yetirməsinə şübhəmiz yoxdur. Sadəcə, bir sıra amillər var ki, onlar təsirsiz ötüşməyə bilər. Sadıqovun komandada yeni olması, hələ debüt etməməyi, heyətdəki rəqabət, futbolumuzun səviyyəsinin elə də yüksək olmaması, baş məşqçinin gələcəkdə özü ilə oyunçular gətirməsi və sair. Ancaq digər tərəfdən, komandanı son pillələrdən qurtarmaq zəruriliyi heyətdə dəyişiklikləri labüd edir. Belə olan halda, bütün futbolçulara şans verməli olan çalışdırıcı özünün komandasını formalaşdıracaq. Bu isə Rəşadın qarşısında yaşıq işıq yandırır. Artıq bu zaman hər şey onun özündən asılı olacaq və Türkiyədə çempionatında yeganə təmsilçimizin çətinliklərə sinə girəcəyinə inanırıq.
Mehman SÜLEYMANOV

0
0