Azərbaycan çempionu növbəti mərhələdə
30.09.2010 - 08:39
Azərbaycan çempionu növbəti mərhələdə
Naxçıvanın “Araz” klubu futzal üzrə UEFA kubokunun elit-raunduna yüksəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alessio da Silvanın yetirmələri əsas mərhələnin Rumıniyada keçirilən 3-cü qrupunun II turundan sonra bu vəzifənin öhdəsindən gəliblər. Bunda təmsilçimizin “Nikars” üzərində qələbəsi (7:2) ilə yanaşı meydan sahibləri “Tırqu Mureş” futzalçılarının qələbəsi dəfə rol oynayıb. Belə ki, “Araz” kimi ikinci qələbəsini qazanan rumıniyalılar özlərini də, təmsilçimizi də növbəti mərhələyə “daşıyıblar”. Onlar İrlandiya təmsilçisi “Sportinq Finqal”a 8:2 hesabı ilə qalib gəliblər. Sabah keçiriləcək son turda bir-biri ilə qarşılaşacaq “Araz” və “Tırqu Mureş” hərəyə 6 xal toplamaqla digər 2 komanda üçün əlçatmaz olublar.

Qeyd edək ki, yarışın əsasnaməsinə görə əsas mərhələnin qruplarında ilk iki yeri tutanlar və 3-cü yer sahibi olan 6 komandadan 4-ü elit-raunda yüksəlir.

1 “Tırqu Mureş” 2 2 0 0 15-3 6
2 “Araz” 2 2 0 0 14-6 6
3 “Sportinq Finqal”2 0 0 2 6-15 0
4 “Nikars” 2 0 0 2 3-14 0