Yığmamız almaniyalılarla bacarmadı
30.09.2010 - 09:15
Yığmamız almaniyalılarla bacarmadı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Almaniyanın Frankfurt şəhərindəki təlim-məşq toplanışında ilk qarşılaşmaya çıxıblar.

Yığmamız “Hoffenhaym” klubunun nəzdindəki U-19 və U-23-ün futbolçularından təşkil olunmuş komanda ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin təsəlli qolunu Qara Qarayev vurub.

Mənbə: affa.az