Vlastimil Petrjelanın proqnozu
30.09.2010 - 09:50
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela bu gün keçiriləcək Avroliqa oyunları ilə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis vaxtilə çalışdığı Rusiyanın təmsilçiləri “Zenit”lə Moskva MOİK-in II turda şanslarını dəyərləndirib.
Petrjelanın fikrincə, bir vaxtlar baş məşqçisi olduğu “Zenit”ə evdə Yunanıstanın AEK klubunu yenmək asan olacaq. Həmyerlilərinin şansını yüksək dəyərləndirən təcrübəli çalışdırıcı 1996-cı ildə rəhbərlik etdiyi Praqa “Sparta”sı ilə bağlı nikbindir: “Sparta”da şəxsən tanıdığım çoxlu təcrübəli futbolçu var. Praqalıları oyununu tapanda saxlamaq çətin olur. “Sparta” MOİK-lə Moskvadakı oyunda əks-hücumçulara bel bağlayacaq. Yəqin ki, həmin görüşdə heç-heçə olacaq. İndiki AEK-in “Sparta” kimi yaxşı komanda olduğunu deyə bilmərəm. Bir şey aydındır ki, Yunanıstan klubu kadrlar nöqteyi-nəzərdən dəyişib. Afina klubunda daim məşqçilər dəyişib. İldən-ilə çoxlu futbolçular alınır və satılır. Buna görə AEK-nin qeyri-sabit klub olduğunu deyirəm. “Zenit” onları 3:0, hətta 4:0 hesabı ilə yenəcək. Mən buna demək olar şübhə etmirəm”.
Qeyd edək ki, Petrjela “Zenit”in çalışdırıcısı kimi ötən həftəsonu baş məşqçisi istefa verən AEK-i bir neçə dəfə məğlub edib.

0
0