Bəhruz Şirəliyev: “Muğan” komanda şəklində hələ tam formalaşmayıb
30.09.2010 - 09:58
“Nəticə baxımından razı qalsaq da, oyun baxımından komanda hələ tam öz gücünü nümayiş etdirə bilmir. Görünür, zamana ehtiyac var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Yayda heyəti gücləndirən Salyan təmsilçisi arxada qalan 7 oyundan 9 xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Qarşısına “altılığ”a düşmək məqsədi qoyan “Muğan”da işlərin hələlik istənilən şəkildə davam etdiyini söyləmək olar.
Komandadan çox şey gözləyən klub rəhbərliyi turdan tura oyun planında irəliləyin olacağına inanır: “Muğan” komanda şəklində hələ tam formalaşmayıb. Çünki yayda heyətə xeyli yeni oyunçu cəlb etmişik. Futbolçular bir oyunda yaxşı, digərində zəif təsir bağışlayırlar. Sabit oynamırlar. Xüsusilə, turnir cədvəlinin aşağı pillələrində məskunlaşan komandalara qarşı bir qədər zəif çıxış edirlər. Düşünürəm ki, pis olmayacaq. Yavaş-yavaş düzələcək. Biz bu komandadan çox şey gözləyirik”.

0
0