“Qarabağ” üçün unikal yubiley!
30.09.2010 - 11:41
“Qarabağ” üçün unikal yubiley!
Unibank Premyer Liqasının VIII turu unikal göstərici ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” ölkə çempionatları tarixində 500-cü oyununu keçirəcək.

İndiyədək birincilikdə 499 matç keçirən Ağdam təmsilçisinin yubiley görüşü Tovuzda baş tutacaq. “Qarabağ” artıq 18 ildir ki, Azərbaycan çempionatlarında rəqibi olan “Turan”la matça yubilyar qismində çıxacaq.

Ölkə çempionatında “1000”i yarılayacaq “Qarabağ” ilk matçını 18 il əvvəl keçiriblər: 1992-ci il mayın 3-də Sabirabadın “İnşaatçı” komandasına qarşı. Amma Ağdam şəhər stadionundakı həmin “siftə”si uğursuz alınmışdı – 1:2. Həmin 1-ci oyundan 6726 gün sonra isə ağdamlılar 500-cü dəfə meydana çıxacaqlar.

Qeyd edək ki, görüş “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün də əlamətdar ola bilər. Belə ki, gənc çalışdırıcı ölkə çempionatları tarixində baş məşqçi kimi 49 qələbəyə sevinib və yubileyin astanasındadır.

MÖVSÜM

OYUN SAYI

I

1992

24+12*

II

1993

18+2*

III

1993/94

30

IV

1994/95

24

V

1995/96

20+10*

VI

1996/97

30

VII

1997/98

26

VIII

1998/99

26+10*

IX

1999/2000

22

X

2000/01

20

XI

2001/02

22+3*

XII

2003/04

26

XIII

2004/05

34

XIV

2005/06

26

XV

2006/07

24

XVI

2007/08

26

XVII

2008/09

26

XVIII

2009/10

22+10*

XIX

2010/11

6

 

CƏMİ

499


Qeyd: * işarəsi iki mərhələdə keçirilən oyunları göstərir.

Vüqar XEYRULLAYEV