Vaxtilə çiyin-çiyinə, indi isə üz-üzə - FOTO
30.09.2010 - 12:09
Vaxtilə çiyin-çiyinə, indi isə üz-üzə - FOTO
Unibank Premyer Liqasının VIII turunda “Neftçi” – AZAL oyunu köhnə tanışları görüşdürəcək. Apasport.az saytının məlumatına görə, sabah komandalarını Tofiq Bəhramov adına Respublika stadionuna çıxaracaq Arif Əsədovla Nazim Süleymanov ilk dəfə baş məşqçi kimi üzə-üzə gələcəklər.

Bununla belə, onları birləşdirən yetərincə maraqlı məqam var. Belə ki, futbolda ilk addımlarını “Neftçi”də atıb və məhz orada tanınıblar. Süleymanovdan fərqli, Əsədov təkcə SSRİ çempionatında yox, milli çempionatımızda da “ağ-qaralar”ın şərəfini qoruyub. O, indi baş məşqçisi olduğu komandanın heyətində futbolçu kimi iki dəfə qızıl, gümüş və bürünc medal qazanıb.

Süleymanov isə indiyədək Rusiyada ən yaxşı təmsilçimiz sayılır. Qısa müddətdə Moskva “Spartak”ının heyətində yer alan 45 yaşlı veteran hücumçu Vladiqafqazın “Alaniya” klubunda uğurlu çıxışı ilə tanınıb. Yeri gəlmişkən, 1994-cü komanda “Spartak” adlanan zamanı Əsədovla Süleymanov yenidən birgə oynayıb. Tatınmış rusiyalı mütəxəssis Valeri Qazzayev birdən-birə iki futbolçumuza sərəncamında yer verib. Ancaq orada 10 oyun oynayan Əsədov icarəsi bitən kimi müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdır. Süleymanov isə məhz vaxtda – 1995-ci ildə “Alaniya”nın heyətində Rusiya çempionu olur.

Əsədov Rusiyaya ikinci səfər zamanı Süleymanova rəqib olur. Belə ki, 1998-ci ildə “Jemçujina”da oynayan Süleymanov “Tümen”ə keçən həmyerlisi ilə güclülər dəstəsində üz-üzə gəlir. Özü də onun hücumçu, Əsədovun müdafiəçi olması onları meydanda tez-tez üzləşdirir.

Milli komandamızda da bir yerdə oynamış köhnə tanışlar”ın “Xəzər Lənkəran”a da bağlılığı var. Belə ki, onlar 2004-cü ildə bu klub yaranan zamanı onun sıralarında yer alır. Süleymanov vətəndə məşqçilik karyerasına məhz “Xəzər Lənkəran”da başlayır və transfer etdiyi futbolçular arasında yaxşı tanıdığı Əsədov da olur. Hətta “Neftçi”nin 40 yaşlı çalışdırıcına orada kapitan sarğısına daşımaq etibar olunur. Ancaq Süleymanovun mövsümün əvvəlində gedişindən sonra Əsədov da çox qalmır. Qışda “Gəncə”yə keçən futbolçu karyerasını orada bitirir. Göründüyü kimi, Əsədov keçmiş baş məşqçisi, Süleymanov isə keçmiş tələbəsi ilə görüşəcək.

Qeyd edək ki, Əsədov ötən mövsümün final mərhələsi başlayan vaxtdan “Neftçi”ni çalışdırır. O, məşqçi kimi çempionluğu buna qədər rəhbərlik etdiyi “ağ-qaralar”ın əvəzedici komandasında qazanır. Süleymanov isə bir il öncə heyətində məşqçi kimi çempion olduğu “Bakı”dan gedəndən sonra AZAL-ın sükanı arxasına keçir.

Mehman SÜLEYMANOV