Çempionlar Liqasında yeni rekord!
30.09.2010 - 12:24
Çempionlar Liqasında yeni rekord!
Çempionlar Liqasının II turu yeni rekordla yadda qalıb. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub yarışında 11 metrlik zərbələrin sayı turnirin tarixi ərzində bütün rekordları arxada qoyub.

Belə ki, həftənin çərşənbə axşamı və çərşənbə günü keçirilən 16 qarşılaşmada hakimlər 12 penalti zərbəsi təyin ediblər. Bunlardan yalnız ikisi qolla nəticələnməyib. “Tottenhem”in “Tvente”yə 4:1 hesabı ilə qalib gəldiyi görüşdə ingilis klubunun hollandiyalı ulduzu Van Der Vart və “Arsenal”ın “Partizan”ı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada Rusiya yığmasının üzvü Andrey Arşavin hədəfə düşə bilməyib.

12 penalti zərbələri

A qrupu
“Tottenhem” – “Tvente” – 4:1

Pavlyuçenko, 50, 64 - Van Der Vart vura bilməyib.

B qrupu
“Hapoel” (Tel-Əviv) – “Lion” - 1:3

Enyema, 79 - Bastos, 7.

D qrupu
“Rubin” – “Barselona” - 1:1

Noboa, 30 - Vilya, 60.

E qrupu
“Bazel” – “Bavariya” - 1:2

Şvaynştayger, 56.

F qrupu
“Çelsi” – “Marsel” - 2:0

Anelka, 29.

H qrupu
“Partizan” – “Arsenal” - 1:3

Andrey Arşavin vura bilməyib.

“Braqa” – “Şaxtyor” - 0:3
Duqlas, 90.