“Bakı”nın tərəfdaşı Çempionlar Liqasının ən yaxşısıdır
30.09.2010 - 14:01
“Bakı” klubunun tərəfdaşı olan “Kappa” şirkəti UEFA Çempionlar Liqasının ilk iki turundan sonra turnirin ən yaxşı geyim şirkəti olub. Apasport.az saytının məlumatına görə, 1916-cı ildə yaradılan bu şirkətin geyindirdiyi 3 komanda arxada qalan 2 tur ərzində 12 xal toplayıb.
“Valensiya” (İspaniya), “Kopenhagen” (Danimarka) və “Roma”nın (İtaliya) qazandığı bu xallar “Kappa”nın orta göstəricidə (4,00) turnirin ən yaxşısı olmasına imkan yaradıb. Bununla da “Bakı”nın tərəfdaşı “Adidas” (3,18) və “Nike” (3,44) kimi nəhəngləri də arxada qoyub.
Qeyd edək ki, 9 şirkətin təmsil olunduğu Çempionlar Liqasında “Adidas”ın 11, “Nike”nin 9 tərəfdaşı çıxış edir.

0
0