“Qalatasaray” Elano Blumeri həmyerlisi ilə əvəzləyir
30.09.2010 - 14:23
“Qalatasaray” braziliyalı Elano Blumerə əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi gedişi gündəmdə olan futbolçunu həmyerlisi Vaqner Lavla dəyişəcək.
“Cim Bom” rəhbərliyi transfer müddətində bununla bağlı Lavın şərəfini qoruduğu Moskva MOİK-inə təklif irəli sürəcək. Ümidləri doğrultmayan, son iki oyunda isə heyətə düşməyən Blumer ailəsində problem yarandığı üçün icazə alaraq ölkəsinə yollanıb. “Qalatasaray”dan ayrılmağı düşünən braziliyalı menecerindən özünə klub tapmağı xahiş edib.
Belə olan halda, hələ mövsümün əvvəlində Elano uğrunda mübarizə aparan MOİK hərəkətə keçib. Rusların əvvəl təklifi etdiyi 7 milyon avro kompensasiyanı “Qalatasaray” qəbul etsə də, Elano getmək istəməmişdi. İndi “Qalatasaray” “hərbçilər”dən Blumerin qarşılığında Vaqneri istəyir. MOİK-də yaşadığı problemlər üzündən vətənində “Palmeyres” və “Flamenqo”da icarədə oynamalı olan Lav bu yay geri döndü. Elano üçün alternativ “Santos” sayılır ki, futbolçunun vətənində bu klub rəsmiləriylə görüşdüyü bildirilir.
Qeyd edək ki, Vaqner ötən həftəsonu 100-cü dəfə fərqləndiyi MOİK-də qol hesabını 2004-cü ilin iyulunda “Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsində Moskvadakı cavab görüşündə (2:0) açıb. O, debüt oyununda qapıçımız Hüseyn Məhəmmədovu məyus etmişdi.

0
0