“Əskişəhərspor” üçün asan rəqib
30.09.2010 - 14:49
“Əskişəhərspor” üçün asan rəqib
Bu gün Türkiyə kubokunun pley-off mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, püşk Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubuna asan rəqib qismət edib.

Onun komandası növbəti mərhələyə yüksəlmək üçün Bank Asiya I Liqasında çıxış edən “Dənizlispor” klubunu mübarizədən kənarlaşdırmalıdırlar.

“Əskişəhərspor”dan fərqli, milli komandamızın sabiq üzvləri – İlqar Qurbanov və Ernani Pereyranın çıxış etdikləri “Mersin İdman Yurdu”nun isə bəxti gətirməyib. Onlar pley-off mərhələsində “Beşiktaş”la üz-üzə gələcəklər.

Qeyd edək ki, 32 komandanın iştirak etdiyi kubok yarışlarının oyunu oktyabrın 25, 26 və ya 27-də keçiriləcək.