Məşhur futbolçu intihara cəhd edib - FOTO
30.09.2010 - 15:09
Məşhur futbolçu intihara cəhd edib - FOTO
Braziliya milli komandasının sabiq futbolçusu Adriano təxminən il yarım əvvəl özünü öldürmək istəyirmiş. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Roma” klubunun hücumçusunun bu sirrinin üstünü anası açıb.

O bildirib ki, Adriano ötən ilin aprelində həyatından bezib, intihar haqda düşünürmüş. Bu hadisə İtaliyanın “İnter” klubunun onunla müqaviləni pozduğu vaxta təsadüf edib.

6 ay futboldan kənarda qaldıqdan sonra vətənində “Flamenqo”da çıxış edib, yayda “Roma” ilə anlaşan Adrianonun anası buna futbolçunun depressiya keçirməyinin səbəb olduğunu bildirib: “Atasının ölümündən sonra çox ağır durumda idi. Adriano bununla barışa bilmirdi. Belə bir vaxtda onu tənqid edir, ağızlarına gələni yazırdılar. Bu da oğlumun depressiyaya düşməsinə səbəb olmuşdu”.