Fatih Terim də Rəşad Sadıqovun komandasına arxa çevirdi
30.09.2010 - 15:47
Həmyerlimiz Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu baş məşqçi postuna gətirmək istədiyi daha bir mütəxəssisdən “yox” cavabı alıb. Apasport.az saytının məlumatına görə, Ərsun Yanalın ardından türk futbolunun əfsanəsi Fatih Terim də 28 yaşlı müdafiəçimiz və komandası ilə işləməkdən boyun qaçırıb.
Türkiyəli həmkarlarımızın iddiasına əsasən, “Əskişəhərspor”un prezidenti Halil Ünal Yanaldan “yox” cavabı alan kimi “İmperator” ləqəbli mütəxəssislə əlaqə saxlayıb. Klub başçısının Terimlə görüşü isə uzun sürüb. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədiyindən əskişəhərlilər yenə məşqçisiz qalıb.
Qonşu ölkədən olan həmkarlarımızın sözlərinə görə, Ünal artıq üçüncü bir çalışdırıcı ilə danışıqlara da başlayıb. Adı açıqlanmayan bu mütəxəssisin sürpriz adam olduğu bildirilir.

0
0