Gökdəniz Karadəniz “Qalatasaray”a qayıdır
30.09.2010 - 16:38
Kazanın “Rubin” klubunun türkiyəli futbolçusu Gökdəniz Karadəniz karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 2011-ci il martın 16-da Rusiya təmsilçisi ilə müqaviləsi yekunlaşacaq futbolçunun “Qalatasaray”la danışıqları müsbət sonluqla bitib.
Karadənizin meneceri Gökhan Keçici ilə görüşlərin başa çatdığını bildirən həmkarlarımız onun “sarı-qırmızılı” komandaya söz verdiyini də qeyd ediblər. Onların yazdıqlarına görə, belə tez danışıqlara başlayan İstanbul təmsilçisinin əsas məqsədi futbolçunu pul ödəmədən – azad agent kimi heyətə qatmaq istəyidir.
Karadəniz özü də “Beşiktaş”a transfer olunan Fateh Təkkə kimi Türkiyədə oynamaq istəyir. O bu səbəbdən də “Qalatasaray”ın təklifini müsbət qiymətləndirib. 30 yaşlı futbolçu “sarı-qırmızılı” komandaya keçmək arzusunun ikinci səbəbi isə “Rubin”də meyadana az çıxdığından yığmaya dəvət edilməməsidir.
Qeyd edək ki, Türkiyədə 1997-2008-ci “Trabzonspor”da oynayan Karadəniz “Rubin”də 2 ildə cəmi 63 oyun keçirib və 13 qola imza atıb.

0
0