Levin: Avstriya və Türkiyə yığması ilə oyunlara çağırılmayacağam
30.09.2010 - 23:01
“Meydana qayıdışım üçün bir qədər də gözləmək lazım gələcək. “Muğan”la bu günkü oyunda da iştirak etməyəcəyəm. Növbəti həftədən tam gücümlə hazırlaşa biləcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Vladimir Levin deyib.
Bakının “İnter” klubunun kapitanı zədə ucbatından bir aydan artıqdır oynamır. Bununla belə, Levin yığmamızın baş məşqçisi Berti Foqtsun bu həftə üç günlük təlim-məşq toplanışına çağırmışdı. Milliləşdirilən ukraynalı müdafiəçi yığmanın hazırlığında sona kimi qalmadığını deyir: “Bu, zədəmin tam sağalmadığı üzündən idi. Foqts məni çağırıb, vəziyyətimlə tanış olmaq istədi. Görəndə ki məşq edə bilmərəm, qalmağımıza lüzum görmədi və bir gündən sonra klubuma qayıtdım. Yığmanın həkimləri də baxıb, öz tövsiyələrini verdilər. Fizioterapiyamı davam edib, bir həftəyə sıraya dönə bilərəm. Baldırla pəncənin birləşdiyi yerdən zədə almışam. Avqustun 17-də məşqdə komanda yoldaşımla toqquşmadan sonra həmin nahiyədə bağlar qırıldı”.
Vladimirin sağalmamağı onun Avro-2012-nin seçmə mərhələsində Avstriya və Türkiyə yığmaları ilə görüşlərdə iştirakına imkan vermir. Halbuki Foqts onu Almaniya ilə səfər oyununa aparmışdı ki, müdafiəçinin zədəli olması həmin vaxt da bəlli idi. Ancaq Levin bu dəfə yığmanın düşərgəsində olmayacağı ilə barışıb: “Yəqin ki, Foqtsun millinin növbəti oyunları üçün açıqlayacağı heyətdə adım olmayacaq. Çünki indiki vəziyyətdə çağırılmayacağım gözləniləndir. Almaniyaya aparıldığım zamanı zədəmin belə ciddi olmayacağı düşünürdülər. Ancaq orada məlum oldu ki, məşqlərdə iştirak edə bilməyəcəyəm”.
Mehman SÜLEYMANOV

0
0