Cavid Hüseynov: O komandaya qarşı kinim qalmayıb
30.09.2010 - 23:03
“Xəzər Lənkəran”a məğlubiyyəti unutmuşuq. Həmin oyunda meydana qələbə qazanmaq üçün çıxmışdıq. Ancaq futbolda udmaqla yanaşı, uduzmaq da var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
Ötən həftə “Xəzər Lənkəran”la qarşılaşan və oyunun sonlarına yaxın buraxdığı qolla meydanı məğlub tərk edən “Neftçi” həm də liderliyi əldən verib. VIII turda AZAL-la üz-üzə gələcək “ağ-qaralar”ın məğlubiyyəti yer dəyişikliyi ilə nəticələnəcək. Bu səbəbdən Arif Əsədovun komandası matça maksimum nəticə qazanmaq üçün çalışacaq.
Yığmanın da formasını geyinən Hüseynov bu oyunda istəklərinə çatacaqlarına inanır: “İndi turnir cədvəlinə diqqət yetirsək, klublar arasındakı xal fərqinin elə də böyük olmadığını görmək olar. Ona görə də, hər bir komandanın bir-birini keçməsi mümkündür. Azarkeşlərin maraqlı və gərgin oyun izləyəcəklərini deyə bilərəm”.
Sabiq komandasına qarşı heç bir kin saxlamadığını bildirən yarımmüdafiəçi orada çətinliklərlə üzləşdiyini etiraf edib: “AZAL-da 6 ay oynadım. Elə də yaxşı alınmadı. Cəmi 1-2 oyunda meydana çıxdım. Bu komandada çətinliklərlə üzləşdim. Buna baxmayaraq, onlara qarşı kinim qalmayıb. İnşallah, qələbə qazanacağıq. Klub rəhbərliyi bizi dəstəkləyir və komandaya inanır”.

0
0