“Əvvəllər Azərbaycanda gözübağlı qələbə qazanmaq olardı”
30.09.2010 - 17:30
“Cari mövsümdə istənilən səviyyədə çıxış etməməyimizdə digər komandaların güclənməsinin böyük təsiri var. Fikir verin, nələr baş verir, necə gözlənilməz nəticələr qeydə alınır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun kapitanı Vladimir Levin deyib.
“İnter” yaranan vaxtdan – 2004-cü ilin yayından onun şərəfini qoruyan ukraynalı müdafiəçi yalnız ilk iki turda komandasına kömək edə bilib. Ay yarımdır zədə üzündən oynamayan Levin müalicəsini davam etdirərək, “bankirlər”in oyununu kənardan izləməyə məcburdur.
Unibank Premyer Liqasının növbəti turunda “Muğan”la sabahkı ev oyununda da komandasına kömək edə bilməyəcək Vladimir rahatlaşmağa əsas görmür: “Əvvəl gözü bağlı hansısa zəif komanda udmaq olardısa, indi belə deyil. Bu mənada “Muğan”la sabahkı oyun da çətin olacaq. Rəqibimiz cari mövsümdə inamlı təsir bağışlayır. “Muğan”ın əsas qol “silahı” ötən mövsüm komandamızın heyətində çempion olan uruqvaylı Anhel Qutyerresdir. “İnter”i yaxşı tanıyan bu hücumçuya xüsusi diqqət yetirmək lazımdır. “Muğan”ı ötən mövsüm 6:1 hesabı ilə yenməyimiz hələ heç nə demək deyil. Həmin görüşdə bəxt bizim tərəfdə idi və qapıya vurduğumuz topların hamısı qol oldu”.
Milliləşdirilərək yığmamıza cəlb edilən legioner xal itkilərinin qaçılmaz olduğunu düşünür. Levinin fikrincə, ildən-ilə səviyyəsi artan çempionatımızda bütün komandaların işini çətin olacaq: “Hazırda “Xəzər Lənkəran”la “Neftçi” rəqiblərindən bir qədər irəli çıxıb. Ancaq hesab edirəm ki, bütün komandalar xal itirəcək. İndi aşkar favorit yoxdur. Qarşımızda qoyulan vəzifə dəyişilməyib. Yenə çempionluq uğrunda mübarizə aparacağıq. Əlbəttə, zədədən sonra heyətə düşməyim çətin olacaq. Ancaq bu, baş məşqçidən asılıdır. Mənim işim oynamaqdır”.
Mehman SÜLEYMANOV

0
0