Azərbaycan çempionu dünyanın ən yaxşısı ilə görüşəcək
01.10.2010 - 11:15
Azərbaycan çempionu dünyanın ən yaxşısı ilə görüşəcək
Bakının “İnter” klubunun futbolçusu Robertas Poşkus Litva milli komandasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, hücumçu bu dəfə sonuncu dünya çempionu İspaniya yığmasına qarşı forma geymək imkanı qazanacaq.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İspaniya – Litva oyunu oktyabrın 8-də baş tutacaq. Bundan 4 gün sonra isə litvalılar Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşü keçiriləcəklər.

Qeyd edək ki, Poşkus ötən mövsüm “İnter”in heyətində Azərbaycan çempionu olub.