“Qarabağ”ın Tovuzda məşqə çıxmasına icazə verilmədi
01.10.2010 - 11:48
“Qarabağ” Unibank Premyer Liqasının VIII turunun “Turan”la oyununa yollanır. Apasport.az saytının məlumatına görə, ağdamlılar Tovuz səfərinə çıxmazdan əvvəl Suraxanı qəsəbə stadionunda məşq keçməyi də planlaşdırır.
Yalnız nahardan sonra Bakını tərk edəcək Qurban Qurbanovun yetirmələri oyunun keçiriləcəyi Tovuza deyil, qonşu Qazaxa yollanacaq. Səfərə 19 futbolçu ilə yollanacaq komanda Qazax Olimpiya İdman Kompleksində məskunlaşacaq. Oyun öncəsi Tovuzda məşq etməyi planlaşdırmayan “Qarabağ” Azərbaycan çempionatındakı yubiley, 500-cü matçına son hazırlığını da elə Qazaxda keçirəcək.
Qeyd edək ki, sabah keçiriləcək “Turan” – “Qarabağ” saat 16:00-da başlayacaq.

0
0