Hamı oyuna, Sərvət Çətin bərbərə!
01.10.2010 - 12:25
“Qalatasaray”ın futbolçusu Sərvət Çətinin yenidən baş məşqçi Frank Raykaardla problemi yaranıb. Apasport.az saytının məlumatına görə, Raykaard Azərbaycan əsilli müdafiəçini məşq prosesindən qovub.
Hollandiyalı mütəxəssis Türkiyə yığmasının da aparıcı müdafiəçisi olan Sərvəti Superliqanın növbəti turunda “Karabükspor”la səfər oyununa aparmayıb. Komanda səfərə çıxdığı zaman Çətini klubun Floryadakı bazasında bərbərdə görənlər təəccüb içərisində qalıb və “onun burada nə işi var” deməyə başlayıblar.
İşin üstü sonradan açılıb və məlum olub ki, Raykaard məşq zamanı ehtiyat komandada yer verdiyi Sərvətin topu oyuna daxil edərkən, xəta etməsinə qəzəblənib. Bu zaman onların arasında mübahisə yaranıb. Hələ ötən mövsümün sonunda baş məşqçisi ilə problem yaşayan təcrübəli müdafiəçi bu üzdən heyətdən kənarda qalırdı. Ancaq cari mövsümdə yaxşı oyunu ilə heyətdə yerini qaytaran Çətinin Raykaardın etimadını qazandığı halda, xaric edilməsi şok effekti yaratdı.
Rəhbərlik problemi yoluna qoymaq üçün araya girsə də, bu, nəticəsiz qalıb. Baş məşqçisinin açıqladığı heyətdə adını görməyən Sərvət bərbərinin yanına üz tutub.

0
0