“Xəzər Lənkəran”ın “Bakı” sindromu - STATİSTİKA
01.10.2010 - 13:00
“Xəzər Lənkəran”ın “Bakı” sindromu - STATİSTİKA
Sabah “Xəzər Lənkəran”la “Bakı” klubları arasında yubiley oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının VIII turunda Lənkəranda üzləşəcək komandalar 20-ci görüşünə çıxacaqlar.

Oyunların balansına nəzərə yetirsək, “Bakı”nın üstünlüyü diqqət çəkir. Belə ki, “Bakı” 7, “Xəzər Lənkəran” 5 dəfə qələbə sevinci yaşayıb, qalan 7 oyun bərabərliklə nəticələnib.

Hazırda vahid lider olan “Xəzər Lənkəran” sabah arzuolunmaz rəqiblə görüşəcək. Özü də oyunun məhz lənkəranlıların meydanında keçirilməsi bunu deməyə daha çox əsas verir. Təsadüfi deyil ki, “Bakı” “Xəzər Lənkəran”a səfərdə ən çox qalib gələn komandadır.

“Zolaqlılar” cənub təmsilçisi ilə 6 illik görüşlərində onun meydanında 4 dəfə qələbə qazanmaqla, mütləq rekordçudur. “Bakı” buna 2 dəfə çempionatda, 2 dəfə isə kubokda nail olub. Özü də maraqlıdır ki, hər dörd qələbə eyni hesabla olub – 1:0.

“Xəzər-Lənkəran” 6 illik tarixi ərzində ev komandası kimi güclü olduğunu təsdiqləyib. Bunun nəticəsidir ki, cənublular 2004/05 və 2006/07 mövsümlərində evdə uduzmayıb. “Bakı“ “Xəzər-Lənkəran”a səfərdə qalib gələn ilk komanda olmaqla, rəqibin tarixinə düşüb. Həmin vaxt lənkəranlılar ev oyunlarını müvəqqəti olaraq Cəlilabadda keçirirdi. Sonradan Lənkəranda yenidənqurma işləri başa çatdı və öz stadionunda rəqiblərini qəbul edən komanda orada da ilk məğlubiyyətini “zolaqlılar”dan alıb. “Xəzər Lənkəran”ı ölkə kubokunda evdə məğlub edən yeganə komanda da “Bakı”dır ki, bu, iki dəfə olub. Lənkəranlılar rəqibini öz meydanında sonuncu dəfə il yarım əvvəl yenib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ı ötən mövsümün sonunda “Bakı”ya evdə uduzmaqla çempionluğu, bir həftə sonra paytaxtda finalda yenilməklə, ölkə kubokunu əldən buraxdı.

“Xəzər Lənkəran”la “Bakı” klubları arasında oyunlar

2004/05 mövsümü

“Bakı” – “Xəzər Lənkəran” – 2:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər Lənkəran” – “Bakı” – 2:0
Cəlilabad. Şəhər stadionu

2005/06 mövsümü
“Xəzər Lənkəran” – “Bakı” – 0:1
Cəlilabad. Şəhər stadionu

“Bakı” – “Xəzər Lənkəran” – 1:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2006/07 mövsümü
“Xəzər Lənkəran” – “Bakı” - 1:0
Lənkəran. Şəhər mərkəzi stadionu

“Bakı” – “Xəzər Lənkəran” – 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 0:2
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər Lənkəran” – “Bakı” – 0:1
Lənkəran. Şəhər mərkəzi stadionu

2007/08 mövsümü
“Bakı” – “Xəzər Lənkəran” – 2:2
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər Lənkəran” – “Bakı” – 0:0
Lənkəran. Şəhər mərkəzi stadionu

2008/09 mövsümü
“Bakı” – “Xəzər Lənkəran” – 0:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər Lənkəran” – “Bakı” – 3:0
Lənkəran. Şəhər mərkəzi stadionu

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Xəzər Lənkəran” – “Bakı” – 0:1
Lənkəran. Şəhər mərkəzi stadionu

“Bakı” – “Xəzər Lənkəran” – 1:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2009/10 mövsümü
İlkin mərhələ

“Xəzər Lənkəran” – “Bakı” – 1:1
Lənkəran. Şəhər mərkəzi stadionu

“Bakı” – “Xəzər Lənkəran” – 0:3
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Final mərhələsi
“Bakı” – “Xəzər Lənkəran” – 1:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər Lənkəran” – “Bakı” – 0:1
Lənkəran. Şəhər mərkəzi stadionu

Azərbaycan kuboku, final
“Bakı” – “Xəzər Lənkəran” – 0:0 (əlavə vaxtda – 2:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Xəzər-Lənkəran”ın daxili miqyasda ev məğlubiyyətləri

Çempionat

22.08.2005. “Bakı” 0:1
17.09.2005. “Şahdağ-Samur” 1:2
18.12.2005. “Neftçi” 0:1
10.11.2007. “Neftçi” 0:1
09.11.2008. “İnter” 2:4
23.11.2008. “Qarabağ” 1:3
03.05.2009. “Qəbələ” 1:2
15.05.2010. “Bakı” – 0:1

Kubok
04.03.2008. “Bakı” 0:1
25.02.2009. “Bakı” 0:1

Mehman SÜLEYMANOV