Vinfred Şafer: “Bakı” Lənkərana yalnız qələbə dalınca gedir
01.10.2010 - 13:23
“Xəzər Lənkəran” güclü komandadır. Təsadüfi deyil ki, onlar turnir cədvəlinin lideridirlər. Ancaq bu amil bizim planlarımıza heç bir dəyişiklik etmir. Komandam Lənkərana qələbə ardınca yollanır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Paytaxt təmsilçisini Unibank Premyer Liqasının VIII turunda sabah “Xəzər Lənkəran”la çətin səfər oyunu gözləyir. Almaniyalı mütəxəssis klubunun rəsmi saytına açıqlamasında bu oyunun xüsusi əhəmiyyət kəsb etmədiyini, “Bakı”nın həmişə olduğu kimi yenə yalnız 3 xal qazanmaq düşündüyünü bildirib: “Son turda "Turan" üzərində əldə etdiyimiz qələbə psixoloji cəhətdən yerinə düşdü. Biz oyunumuzu gücləndirmək üzərində işlərimizi davam etdiririk. Rəqibin oyun tərzini kifayət qədər incələmişik. İnanıram ki, azarkeşlər maraqlı bir qarşılaşmanın şahidi olacaqlar. Bizim məqsədimiz Lənkəranda 3 xal qazanmaqdır”.
Qeyd edək ki, Lənkərana az öncə yola düşən “Bakı” “Qafqaz” otelində qalacaq. Komanda son məşqini bu gün saat 18:00-da “Xəzər Lənkəran”la görüşəcəyi stadionunda keçirəcək.

0
0