Türklər Rəşad Sadıqovu yenə ehtiyata göndərdilər
01.10.2010 - 13:44
Həmyerlimiz Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu bu gün Türkiyə çempionatında növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Rza Çalımbayın istefasından sonra ilk dəfə meydana çıxacaq əskişəhərlilər Superliqanın VII turu çərçivəsində “Bucaspor”la qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matç ərəfəsində Türkiyə mətbuatı komandaların təxmini heyətlərini açıqlayıb. Onlar qonşu ölkəyə transferindən sonra ötən 1 ay ərzində yeni komandasında debüt etməyən Rəşadı yenə start heyətində görmür.
Həmkarlarımızın iddiasına əsasən bu qarşılaşmada müdafiə xəttində Volkan, Nadareviç, Sezgin və Koraydan ibarət “dördlük” çıxış edəcək.
Qeyd edək ki, “Əskişəhərspor”un son 3 matçında da həmkarlarımızın Sadıqovun start heyətində olmayacağı ilə bağlı proqnozu doğrulmuşdu.

0
0